AZ

NATO ilə bu barədə razılaşdıq - Orban

Rusiya-Ukrayna müharibəsindəki mövqeyimiz aydındır. Biz uşaq deyilik. Bu, əlbəttə ki, mürəkkəb siyasi məsələdir. Manset.az Axar.az-a istinadən xəbər verir ki, bunu Macarıstan Baş naziri Viktor Orban iyunun 12-də NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransı zamanı deyib. O, Rusiya ilə mövcud münaqişədə iştirak etməməklə bağlı Macarıstanla Şimali Atlantika Alyansı arasında razılığın əldə olunduğunu bildirib:

“Bu elə bir vəziyyətdir ki, buna uyğun cavab tapmaq çətindir. Bu gün bizə zəmanət verilir ki, Macarıstan hərbi personalı Ukraynanın Rusiya ilə müharibəsi kontekstində hər hansı əməliyyatda iştirak etməməlidir, Macarıstanın maliyyə fondları bu münaqişədə işə salınmamalıdır. Bu müzakirə olduqca mürəkkəb, lakin konstruktiv idi və bunun üçün Baş katibə təşəkkürümü bildirirəm”.

Seçilən
126
6
manset.az

7Mənbələr