AZ

“Azərbaycanla Ermənistan birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdır” - Blinkenin köməkçisi

"ABŞ Azərbaycanla Ermənistanı sülh razılaşmasını qarşıdakı həftələrdə, aylarda yekunlaşdırmağa cəsarətləndirir".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bunu İrəvanda səfərdə olan ABŞ dövlət katibi Antoni Blinkenin köməkçisi Ceyms Obrayn "Azadlıq radiosu"na açıqlamasında deyib.

O bildirib ki, Vaşinqton region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləyir:

"Hansı rolu oynayıb-oynamayacağımıza hər iki tərəf qərar verir. Biz regionda super güc olmaq iddiasında deyilik. Sadəcə region xalqlarının uzunmüddətli sülh sazişi bağlamaq üçün qanuni istəyini dəstəkləmək üçün buradayıq. İndiki mərhələdə tərəflər bir-biri ilə birbaşa danışıqlarda kifayət qədər bacarıqlıdırlar".


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
8
yenisabah.az

7Mənbələr