AZ

Polşa Belarusla sərhəddə yeni tədbirlər tətbiq edir

Polşa iyunun 13-dən Belarusla sərhəddə bufer zonası yaradacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Sputnik" məlumat yayıb.

İyunun 2-də Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış yaxın vaxtlarda bufer zonasının bərpa olunacağını bəyan edib.

Onun sözlərinə görə, o, Qainovski rayonunda 26 yeri və Bialistok rayonunda bir yeri əhatə edəcək. Bu torpaqlarda xüsusi rejim tətbiq olunacaq.

O cümlədən, sərhədə 200 metrdən artıq yaxınlaşmaq qadağan olunacaq.

Polşa səlahiyyətliləri iki səbəbə görə bufer zonasını geri qaytarmağa qərar verdiklərini deyirlər. Birincisi, Polşa ilə Belarus arasında sərhədin daha yaxşı qorunması, ikincisi isə sərhədçilərin təhlükəsizliyinin artırılmasıdır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
1
operativmm.az

2Mənbələr