AZ

BMT-nin baş katibi İsveçrədə keçiriləcək sülh sammitinə getmək istəməməsini izah edib

BMT-nin baş katibi Antonio Quterres İsveçrədə keçiriləcək “sülh sammitində” iştirak etmək istəmədiyini açıqlayıb.

 

Oxu24.com  xəbər verir ki, Quterreşin sözlərinə görə, o, konfransın keçiriləcəyi tarixlər üçün ləğv edilə bilməyən başqa şeylər planlaşdırıb.

 

Quterreş 15 və 16 iyunda konkret olaraq nə etməyi planlaşdırdığını açıqlamayıb.

 

“Mənim özüm gəlməməyimin heç bir siyasi əhəmiyyəti yoxdur, BMT müşahidəçi qismində təmsil olunacaq”, - baş katib qeyd edib.

 

Qeyd edək ki, Amerika mətbuatının yazdığına görə, ABŞ prezidenti Co Bayden sammitdə iştirak etməyəcək. Amerika lideri seçki kampaniyasını ştatlarda aparmağa üstünlük verib.

 

Xatırladaq ki, Ukrayna üzrə konfrans 2024-cü il iyunun 15-16-da İsveçrədə keçiriləcək. Tədbir Ukraynadakı münaqişədə sülhü təşviq etmək məqsədi daşıyır, lakin Rusiya buna dəvət edilmir. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova daha əvvəl İsveçrədə Ukrayna ilə bağlı sammiti ABŞ Dövlət Departamentinin uydurduğu “daha ​​bir fırıldaq” adlandırmışdı.

 

Braziliya prezidenti Luiz İnasio Lula da Silva, Cənubi Afrika prezidenti Siril Ramafosa və digər siyasətçilər əvvəllər konfransda iştirakdan imtina ediblər.

 

İyunun 2-də Səudiyyə Ərəbistanının Ukrayna münaqişəsinin həlli üzrə konfransda iştirakdan imtina etdiyi məlum olub. Qeyd edildiyi kimi, ölkə hakimiyyəti bu qərarı sammitdə Rusiya nümayəndələrinin olmayacağına görə verib. Qırğızıstan hakimiyyəti də tədbirə qatılmaqdan imtina edib.

 

İyunun 7-də BMT-nin baş katibi Antonio Quterreşin də Ukrayna ilə bağlı konfransda iştirak etməyəcəyi məlum olub.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
50
oxu24.com

10Mənbələr