AZ

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu (FOTO)

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsininəməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlər zamanı"VAZ-2106" markalı avtomobilin sürücüsü Zaur Şirəliyevə nəqliyyatvasitəsinin işıq cihazları nasaz olduğu üçün "saxla" işarəsiverilib.

Trend xəbər verir ki, bubarədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sənədləri yoxlanılarkən Z.Şirəliyevin sürücülükhüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinədair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədəsürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Həmin şəxsbarəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinəgöndərilib.

Məhkəmənin qərarı ilə Z.Şirəliyev 15 sutka inzibati qaydada həbsedilib.

Narkotikin
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
44
8
az.trend.az

8Mənbələr