AZ

Nikol Paşinyan: Mən hakimiyyətdə olmasaydım, Ermənistan əyalətə çevriləcəkdi

Nikol

Tbilisi, 12 iyun, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 12-də parlamentdəki çıxışı zamanı maraqlı açıqlamalar verib.

AZƏRTAC xəbər verir ki, o, ilk növbədə, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasına münasibət bildirərək deyib: “Ermənistan KTMT-dən çıxacağıq, geri qayıtmayacağıq”.

Baş nazir “Sən hakimiyyətdə olmasaydın, Ermənistan hansı dövlətin içərisində olacaqdı?” sualına da maraqlı cavab verib: “Mən hakimiyyətdə olmasaydım da, vəziyyət eyni olardı, yeganə fərq onda olacaqdı ki, Ermənistan 100 faiz bir əyalətə çevriləcəkdi”.

ATƏT-in Minsk qrupunun fəaliyyətinə toxunan N.Paşinyan deyib ki, 2022-ci ilin fevralından sonra qrup fəaliyyətini de-fakto dayandırıb.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
azertag.az

6Mənbələr