AZ

Naxçıvanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə daxil olan vəsait 5 dəfədən çox artıb

Naxçıvanda

Naxçıvan, 12 iyun, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 868,5 min manat vəsait ödənilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur. Beş aylıq ödənişin 819,5 min manatı və ya 94,4 faizi özəlləşdirmədən daxilolmaların payına düşüb. Bəhs olunan dövrdə 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-si isə torpaq sahələri üzrə olub.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
6
azertag.az

6Mənbələr