Tovuz şəhər stadionunda quraşdırılmış süni ot örtüyü FİFA tərəfindən “Quality Pro” sertifikatına layiq görülüb.

Offsideplus.az xəbər verir ki, bu xəbəri klubun mətbuat xidməti yayıb.

FİFA tərəfindən verilmiş bu keyfiyyət nişanı stadionunda beynəlxalq oyunların keçirilməsinə imkan verir.