AZ

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi həyata keçirilib

Bakı, 12 iyun, AZƏRTAC

“Məktəblilər üçün teatr pedaqogikası” layihəsi çərçivəsində Lənkəran və Şəki məktəbliləri teatr tamaşalarını izləyiblər.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nümayiş etdirilən tamaşalar Lənkəran Dövlət Dram Teatrında “Haqqın 44 günü” və Şəki Dövlət Dram Teatrında “Çələbi xan” olub. Tamaşaları ümumilikdə 2500 nəfərə yaxın məktəbli izləyib.

Layihə Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin məqsədi uşaq və gənclərdə estetik zövq formalaşdırmaq, onların incəsənətə marağını artırmaq, həmçinin asudə vaxtlarını səmərəli təşkil etməkdir. Layihə çərçivəsində növbəti tədris ilindən 6 000 nəfərdən çox region məktəblisi müxtəlif teatrlarda nümayiş olunan tamaşaları izləmək imkanı qazanacaq.

Seçilən
143
13
azertag.az

10Mənbələr