AZ

Paşinyan sərhədlərin delimitasiyasından danışdı

Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası ilə bağlı cəmiyyətdə böyük anlaşılmazlıq var.

Viral.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün, iyunun 12-də parlamentdə deyib.

“Delimitasiya prosesi ən azı eyni dərəcədə Ermənistan hökumətinin Ermənistanın suveren ərazisini fiksasiya etmək təşəbbüsüdür”,- o bildirib.

Paşinyan Azərbaycanın hələ də Ermənistanın Göyçə bölgəsini tərk etməməsi və bu hissələrin delimitasiya edilməməsi ilə bağlı iradlara cavab olaraq deyib:

“Biz qarşılıqlı razılaşma əsasında sərhədin bu hissələrini delimitasiya etməmişik. Çünki eyni məntiqlə Voskeparda böyük problemlər var idi. Mən Voskeparda oldum, sakinlərlə müzakirə apardım, onları dinlədim və deyə bilmərəm ki, biz Voskepar, yaxud Bağanis, ya Kirants, ya da Berkaber sakinlərinin danışdıqları bütün problemləri həll etmişik. Amma bu sahədə delimitasiya zamanı Voskepar sakinlərinin fikirləri əhəmiyyətli dərəcədə nəzərə alınıb. Daha sonra gedib Berkaber sakinləri ilə söhbət etdik, çünki burada bəzi qavrayış fərqləri var.

Mən ilk dəfə Voskepara gedəndə sizin soruşduğunuz variantı masanın üstünə qoydum. Voskepar sakinləri bunun nə üçün ən azı indiki mərhələdə yaxşı variant olmadığını əsaslandırdılar.

Dedik ki, bizim ideyalarımız belədir: biz hər dörd kəndin ərazisi üzrə delimitasiya aparmalıyıq. Voskepar sakinləri bunu qəbuledilməz hesab edirdilər. Başqa variant təklif etdilər. Dedim ki, mən onları dinləmişəm, İrəvana qayıdacağam, sonra gəlib rasional və mümkün hesab etdiyimiz şeyi deyəcəyəm. Dedim ki, siz kobud desək, beş sual qaldırdınız, üçü həll oluna bilər, ikisini həll edə bilməzsiniz. Voskepar sakinləri dedilər ki, əgər belədirsə, biz bu varianta anlayışla yanaşacağıq.

Bundan sonra biz Kirantsa getdik və yenə mən şərti olaraq dedim, siz beş sual qaldırdınız, onlardan yalnız ikisini həll etmək olar. Kirants sakinləri ilk görüşdən sonra daha pozitiv idilər, lakin bu görüşdən sonra mənzərə dəyişdi”, – baş nazir bildirib.

Paşinyan deyib ki, Ermənistan və Azərbaycan kağız üzərinddə bir-birinin ərazi bütövlüyünü tanıdıqlarını və bir-birlərinə qarşı ərazi tələblərinin olmadığını, güc təhdidi prinsipindən imtina etdiklərini, daxili işlərə qarışmamağa, bir-birlərinə qarşı təcavüzkar siyasət yürütməməyə hazır olduqlarını qeyd etdikdə, qiplomatik əlaqələr qurulacaq, hər kəsin problemləri həll olunacaq.

“Əgər ərazi bütövlüyü tanınsa, bütün digər məsələlər öz həllini tapacaq”, 0 deyib.

Paşinyan sülh müqaviləsi imzalanmazdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab edir.

“Praktik addımlarla real sülh yaratmaq, sonra isə yalnız saziş imzalamaq mümkündür, lakin istənilən halda sülh müqaviləsi imzalanmalıdır”, – Paşinyan bildirib.

a.social-link-anchor svg { color: white; fill: white; } a.social-link-anchor.email svg { color: #444444; fill: #444444; } a.social-link-anchor.facebook { background-color: #1778f2; } a.social-link-anchor.twitter { background-color: #1da1f2; } a.social-link-anchor.linkedin { background-color: #0d66c2; } a.social-link-anchor.pinterest { background-color: #e60122; } a.social-link-anchor.email { background-color: #f0f0f0; } a.social-link-anchor { width: 36px; height: 36px; display: flex; align-items: center; justify-content: center; border-radius: 2px; } a.social-link-anchor:hover { transform: scale(1.1); } a.social-link-anchor { transition: all 0.15s ease; } li.social-link { list-style: none; } ul.end-post-layout { display: flex; gap: 15px; flex-direction: row; flex-wrap: wrap; } ul.left-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; left: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; } ul.right-post-layout { display: flex; gap: 10px; flex-direction: column; flex-wrap: wrap; position: fixed; top: 50%; right: 10px; transform: translateY(-50%); align-content: flex-start; margin: 0px!important; background-color: white; padding: 5px; }

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
92
3
viral.az

10Mənbələr