AZ

SƏS Media Qrupu və UNEC Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirib (FOTO)

SƏS Media Qrupu və Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsrolunmuş tədbir keçirilib.

Trend xəbər verir ki, tədbirÜmummilli Lider Heydər Əliyevin, Vətən müharibəsində canından keçənşəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi vəDövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə ictmai-siyasi xadimlər, tələbələr və medianümayəndələri iştirak edib.

Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, professor ƏdalətMuradov 15 iyun Qurtuluş Gününün tarixi barədə danışaraq, gününəhəmiyyətini vurğulayıb: “Ulu Öndər Heydər Əliyev 1993-cü ildəxalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra sübut etdiki, tarixi dəyişmək mümkündür. Lakin dünyada bunu bacaran çox azsayda şəxsiyyətlər var ki, onlardan biri də məhz Ümummilli LiderHeydər Əliyev olmuşdur. 1993-cü il 15 iyun tarixində Ulu Öndər AliMəclisin sədri seçilən zaman Azərbaycanın gələcək inkişafınıntəməlini qoydu. Həmin dövrdə Azərbaycan ciddi təhlükələrlə üz-üzəidi. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın qarşısında duranəsas vəzifə bu müstəqilliyi qoruyub saxlamaq idi. Müstəqilliyimizinitirilməsinə az bir məsafə qalmışdı ki, Ulu Öndər hakimiyyətəgələrək, dövlətimizin müstəqilliyini qorudu və ölkənin inkişafınındönməzliyini təmin edən əsasları yaratdı. Qarşıya qoyulanstrategiyanın reallaşdırılması nəticəsində ən güclü və xoşbəxtdövlətlərdən birini qura bildik.

Bu gün Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Ulu Öndərin görməkistədiyi Azərbaycanı bugünkü Prezident, Ali Baş Komandan İlhamƏliyev bizə bəxş etdi. Azərbaycanın bugünkü uğurlarının əsası məhzQurtuluş Günündə qoyulub”.

Çıxış edən millət vəkili Rəşad Mahmudov gəncliyin hər zamancəmiyyətin nə istədiyini dərk edə biləcək səviyyədə olmasınınvacibliyini bildirib: “Gənclik dünyada baş verən proseslərimüqayisə edərək, qərar verməyi və cəmiyyəti inkişafa aparmağıbacarmalıdır. Azərbaycanın 1993-cü il 15 iyuna qədərki dönəminihəmin dövrün gənc vətəndaşı olaraq siyasi, iqtisadi tənəzzül dövrükimi xatırlayıram. Ölkə daxilində hərc-mərclik hökm sürürdü vəciddi gərginlik müşahidə olunurdu. Ulu Öndər Heydər Əliyevinhakimiyyətə gəlməsi ilə dövlətimiz yenidən çiçək açaraq inkişafetməyə başladı. Ümummilli Lider bizə şərəfli bir tarix yolunu mirasqoydu və hər birimizin borcudur ki, bu yolu şərəfli şəkildə davametdirək. Bu gün biz torpaqlarını azad etmiş, suverenliyini bütünərazisində bərpa etmiş dövlətin vətəndaşlarıyıq. Bu uğurlarıntəməli isə məhz Ulu Öndər tərəfindən qoyulub və bu gün HeydərƏliyevin ruhu şaddır. Çünki biz müstəqil, suveren dövlət olaraqdurmadan inkişaf edir, dünyada sözünü deyən dövlətə çevrilmişik” -deputat bildirib.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və 91-lərin üzvüTahir Məmmədov Ulu Öndərlə bağlı xatirələrini bölüşüb: “Moskvayagöndərişlə gedib, təhsil aldığım dövrlərdə Ulu Öndər Heydər Əliyevdə orada idi. Ümummilli Lider həmin dövrdə SSRİ-nin rəhbərlərindənbiri kimi fəaliyyət göstərir. Mən orada Heydər Əliyevə qarşıtələbələrdən, cəmiyyətdən böyük sevgi görsəm də, SSRİ rəhbərləriUlu Öndərə, Onun fəaliyyətinə qısqanclıqla yanaşırdılar. Ulu Öndərrus dilində ruslardan daha yaxşı danışır, müdrikliyi, savadı vəfaəliyyəti ilə hər zaman seçilir və sevilirdi. Onun atdığıaddımların, qoyduğu güclü təməlin nəticəsidir ki, bu gün bizmüstəqil və suveren dövlətdə xoşbəxt həyat sürürük. Ulu Öndərinvarisi cənab İlham Əliyev Xankəndində üçrəngli bayrağımızıqaldıraraq, bir daha sübut etdi ki, Qarabağ Azərbaycanın birparçasıdır”.

SƏS Media Qrupun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, 15 iyuntarixi Azərbaycan dövlətçiliyi tarixində çox ciddi dönüş nöqtəsiolub: “Təqdim olunacaq film də məhz iki hissədən ibarətdir: birincihissə 15 iyun Qurtuluş Gününə qədərki, ikinci hissə isə QurtuluşGünündən sonrakı dövrü əhatə edir. Ulu Öndər elə bir dönəmdə xalqıntəkidi ilə hakimiyyətə gəldi ki, o dövrdə dövlətin və xalqın çətingünlərdən xilas edilməyə ehtiyacı var idi. Buna görə də keçdiyimizbu tarixi hər zaman yazılarımızda, bədii ədəbiyyatda və filmlərdəcanlandırmalıyıq.
Ulu Öndər siyasi lider olaraq bir sözü, baxışı, hərəkəti iləqarşısındakına lazımi cavabı verir, fikrini bildirirdi. Eynizamanda Ümummilli Lider Heydər Əliyev hər kəslə öz dilindədanışmağı, dost olmağı bacarırdı. Azərbaycan dövlətinin qəlbi hərzaman dahi, qəhrəman oğlu Ulu Öndər Heydər Əliyev ilə döyünür.
Ulu Öndər həm də öz ailəsində sərkərdə, qəhrəman böyütmüşdü. Hansıki, gələcəkdə həmin sərkərdə, Prezident İlham Əliyev Azərbaycanınsuverenliyini bütün ölkə ərazisində təmin edərək, dünyaya gücümüzügöstərdi. Bu gün Ulu Öndərin ruhu şaddır. Çünki biz azad, müstəqilvə suveren Azərbaycanın vətəndaşlarıyıq”.

Tədbirin sonunda SƏS Media Qrupu tərəfindən 15 iyun MilliQurtuluş Gününə həsr edilmiş “Xalqın taleyini dəyişən zəfər günü”filminin təqdimatı keçirilib.

SƏS
SƏS
SƏS
SƏS
SƏS
Seçilən
59
4
az.trend.az

5Mənbələr