AZ

Vidadi İsayev Bərdənin Mustafaağalı kəndində səyyar qəbul-görüş keçirdi - FOTOLAR

Bərdə rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayevin Mustafaağalı kəndində səyyar qəbul-görüşü keçirilib.
 
Moderator.az xəbər verir ki, görüşdə İcra Hakimiyyətinin başçısı, aparatın məsul şəxsləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları və kənd sakinləri iştirak ediblər.
 
Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatların, əhalinin rifah halının daha da yaşılaşdırılması istiqamətində icra olunan layihələrin hər bir yaşayış məntəqəsini əhatə etdiyini vurğulayıb və Mustafaağalı kəndində görülən işlər barədə vətəndaşlara ətraflı məlumat verib.
 
Görülən işlərdən məmnunluqlarını bildirən sakinlərin daha sonra təklif və şikayətləri dinlənilib, işlə təmin olunma, qaz xəttinin yerinin dəyişdirilməsi, suvarma arxlarıının lildən təmizlənməsi, 1 ədəd yeni artezian quyusunun qazılması, tibb məntəqəsinin yenidən qurulması və əkinə yararlı torpaq sahələrinin verilməsi ilə bağlı müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
1
moderator.az

9Mənbələr