AZ

Jurnalistlər “İnsan hüquqları aylığı” çərçivəsində keçirilən təlimdə iştirak ediblər

Bakı.Trend:

İyunun 12-də “İnsan hüquqları aylığı” çərçivəsində mediasubyektlərinin nümayəndələri Hüquq və İnsan Haqları İnstitutununAzərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə birgətəşkil etdiyi insan hüquq və azadlıqlarının qorunması mövzusundakeçirilən təlimlərə qatılıb.

Trend xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd mediadapaylaşılan xəbərlərdə insan hüquqlarının pozulması hallarınınqarşısını almaq, gender və hüquq bərabərliyi üzərində qurulmuşmənəvi dəyərləri təbliğ etmək, cəmiyyətdə insan ləyaqətinə hörmətivə insan hüquqlarına əməl olunmasının zəruriliyini önə çəkmək,həmçinin jurnalistlərdə peşəkar yanaşma keyfiyyətlərini təşviqetməkdən ibarətdir.

İnstitutun İdarə Heyəti sədrinin müavini Vəfaddin İbayev insanhüquqlarının müdafiəsi sahəsində təşkil edilən silsiləmaarifləndirici təlimlərdən söz açaraq bildirib ki, İnstitut təkcədövlət qurumlarının əməkdaşları üçün deyil, həm də bu istiqamətdədavamlı olaraq geniş ictimaiyyət üçün təbliğat və təşviqattədbirləri həyata keçirir. Sədr müavini Agentlik ilə səmərəliəməkdaşlıq nəticəsində jurnalistlərlə növbəti dəfə bir arayagəldiklərini də diqqətə çatdırıb.

Medianın İnkişafı Agentliyinin aparat rəhbəri Rəqsanə Kərimovatədbirin İnsan hüquqları günü ərəfəsində keçirilməsinə diqqətçəkərək media məhsullarının hazırlanması zamanı insan hüquq vəazadlıqlarına əməl edilməsinin müstəsna əhəmiyyət daşıdığını, həm“Media haqqında” Azərbaycan Respublikası Qanununun, həm dəAzərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarının bu məsələyəmünasibətdə birmənalı və həssas yanaşma sərgilədiyini bildirib,habelə Agentlik tərəfindən müvafiq istiqamətdə həyata keçiriləntədbirlər haqqında məlumat verib.

İnstitutun təlimçi-ekspertləri Jurnalistlərin Etik DavranışQaydalarının prinsipləri, BMT-nin Uşaq Hüquqları və Avropa İnsanHüquqları konvensiyalarının müddəaları, mediada və sosialşəbəkələrdə insanlar arasında ayrı-seçkiliyi təbliğ edən və nifrətnitqinin yaranmasına səbəb olacaq xəbərlərin paylaşılmasınınqarşısının alınması mövzusunda əhatəli təqdimatlarla çıxışediblər.

Müzakirələr zamanı jurnalistləri maraqlandıran suallarcavablandırılıb, kazuslarla bağlı maraqlı təkliflər səsləndirilibvə təlimdə iştirak edən jurnalistlərə sertifikatlar təqdimolunub.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutu 18 may-18 iyun“İnsan hüquqları aylığı” çərçivəsində Medianın İnkişafı Agentliyiilə birgə insan hüquqları mövzusunda jurnalistlər üçünmaarifləndirmə yönümlü ictimai çağırış kampaniyasına start verib.Kampaniyanın sosial media üçün nəzərdə tutulmuş ilk posterindənifrət nitqi ilə bağlı ictimai çağırış yer alıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
24
az.trend.az

10Mənbələr