AZ

Almaniya millisində itki

Almaniya millisinin yarımmüdafiəçisi Aleksandr Pavloviç Avro-2024-ü buraxacaq.

QOL.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi tonzillit xəstəliyindən əziyyət çəkir. O, Avropa çempionatı üçün yığmanın yekun heyətinə daxil edilmişdi. Komandanın baş məşqçisi Yulian Naqelsmannın yaxın vaxtlarda Pavloviçə əvəzləyici seçəcəyi gözlənilir.

Qeyd edək ki, Avro-2024-ə Almaniya ev sahibliyi edəcək. Komanda A qrupunda Şotlandiya (14 iyun), Macarıstan (19 iyun) və İsveçrə (23 iyun) ilə qarşılaşacaq.






















Bizi İnstagramda izləyin

Seçilən
134
3
525.az

4Mənbələr