AZ

Car ildə narkotiklə bağlı 4856 cinayət faktı aşkarlanıb

2024-cü ilin yanvar-may ayları ərzində hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4856 cinayət faktı aşkarlanıb.

E-huquq.az xəbər veriir ki, bu barədə Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasından bildirilib. Məlumata görə, Onlardan 1391-i narkotik vasitələrin qanunsuz satışı, 3408-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 54-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-i isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 828 kq 028,848 qr narkotik vasitələrin və psixotrop maddələrin 366 kq 854,895 qr-nı heroin, 2 ton 233 kq 579,189 qr-nı marixuana, 80 kq 405,927 qr-nı tiryək, 27 kq 561,001 qr-nı həşiş, 111 kq 149,216 qr-nı psixotrop maddələr, 8 kq 478,62 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 9190 ədəd metadon həbi, 3654 ədəd çətənə kolu və 318,8 qr güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülüb

Seçilən
138
10
e-huquq.az

10Mənbələr