AZ

Ermənistan NASA-nın Ay proqramına qoşulur

Ermənistan Ayın kəşfiyyat proqramına qoşulur.

Olaylar xəbər verir ki, bu barədə NASA-nın X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

Bildirilib ki, iyunun 12-də NASA administratoru Bill Nelsonun Vaşinqtonda təşkil etdiyi mərasimdə İrəvanla "Artemida" müqaviləsinin imzalaması planlaşdırılır.

Mərasimdə ABŞ Dövlət Departamentinin rəsmiləri də iştirak edəcək.

Qeyd edək ki, "Artemida" (Artemis) - NASA-nın 1972-ci il Apollon-17 proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqramdır. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
2
olaylar.az

3Mənbələr