AZ

Paşinyan sülh müqaviləsindən əvvəl Azərbaycandan yol istəyir?

Ermənistanın baş naziri Nikol Paşinyan sülh müqaviləsi imzalanmazdan, eləcə də sərhədlərin delimitasiyasından əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını tamamilə mümkün hesab edir.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə ölkə parlamentində jurnalistlərlə söhbətində bildirib.

“Praktik addımlarla real sülhü formalaşdırmaq və bundan sonra yalnız müqavilə imzalanması olduqca mümkündür”, – Ermənistanın baş naziri deyib./qaynarinfo

Seçilən
98
3
nocomment.az

4Mənbələr