AZ

Hollandiya F-16-ları Ukraynaya bu tarixdə çatdıracaq

Hollandiya F-16-ları Ukraynaya bu tarixdə çatdıracaq

Hollandiya bu yay F-16 qırıcılarını Ukraynaya təhvil verməyi planlaşdırır.AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda Krallığın müdafiə naziri Kaysa Ollonqren bildirib. "Dəqiq tarix deyə bilmərəm, ona görə deyirəm: bu yay. İndi biz bu plana əməl edirik”, - deyən nazir Ukraynanın ilk olaraq Danimarkadan təyyarə alacağını bildirib.Onun sözlərinə görə, infrastruktur və texniki heyətin hazırlanması tərəflərin razılaşdırdığı plana uyğun olaraq aparılır. “Müharibədə bir silahın müharibənin gedişatını dəyişməsi baş vermir. Döyüş istifadəsi onların effektivliyini göstərəcəkdir. Bu, Hərbi Hava Qüvvələrini əhəmiyyətli dərəcədə gücləndirəcək hava üstünlüyünə səbəb ola bilər. Amma bu, dərhal baş verə bilməz”, - deyə nazir vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
33
afn.az

10Mənbələr