AZ

YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib

15 İyun - Milli Qurtuluş Günü ərəfəsində Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının “Cavadxan küçəsi 11” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.

Təsis iclasında çıxış edən “Tempus MMC” şirkətinin idarə heyətinin sədri Elşad Nağıyev yeni ərazi partiya təşkilatının yaradılmasının əlamətdar hadisə olduğunu deyib.
YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası o vaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək və xalqın o ağır dövründə ölkəmizin qarşısında duran məsələlərin həlli üçün zamanın tələblərinə uyğun olaraq, zərurətdən yaranmış bir partiyadır. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması yeni müstəqil Azərbaycanın tarixində parlaq gələcəyin əsasını qoyub. Bu gün Ümummilli Liderin ideyalarını uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərlik etdiyi YAP böyük gücə çevrilib, onun 700 mindən artıq üzvü var.
Çıxışlardan sonra təşkilati məsələlərə baxılıb. Sevinc Səmədova yekdilliklə “Cavadxan küçəsi 11” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Sərxan Nəcəfov isə sədr müavini seçilib.

Seçilən
118
sesqazeti.az

1Mənbələr