AZ

Çanaqqalada 1915-ci il döyüşlərinə aid dəniz minası ZƏRƏRSİZLƏŞDİRİLİB

Türkiyədə Çanaqqalanın Eceabat rayonunda dənizdə tapılan və 1915-ci ildə Gelibolu döyüşlərinə aid olduğu müəyyən edilən mina məhv edilib.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, çimərkən dənizdə mina olduğunu görən şəxs vəziyyəti bələdiyyəyə bildirib.

 

Bundan sonra Sahil Mühafizəsi Komandanlığının müvafiq qrupu (DEGAK) bölgəyə göndərilib. Bölgədə aparılan iş zamanı qrup minanın 109 il əvvəl Gelibolu Döyüşləri dövrünə aid olduğunu müəyyən edib.

 

Daha sonra minanın məhv edilməsi üçün xüsusi şəxsi heyət bölgəyə göndərilib. Nəzarətli müdaxilə ilə mina zərərsizləşdirilib və məhv edilib.

Seçilən
115
modern.az

1Mənbələr