AZ

Şuşaya köçən ailələrə yeni mənzillərinin açarları təqdim olundu

Bu gün növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub. 

Ednews  xəbər verir ki, 21 ailə olmaqla, 85 nəfər Şuşa sakini doğma yurduna qovuşub. 

Açarların təqdim olunma mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
3
ednews.net

10Mənbələr