AZ

“Formula-1”: Azərbaycan Qran-Prisi akkreditasiyaya start verilib

Bakı. Trend:

“Formula-1”in Azərbaycandakı promouteri Bakı Şəhər HalqasıƏməliyyat Şirkəti media nümayəndələri üçün akkreditasiyaqeydiyyatına start verib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası ƏməliyyatŞirkəti məlumat yayıb.

Azərbaycan Qran-Prisini işıqlandırmaq istəyən KİV nümayəndələribu gündən etibarən Akkreditasiya Portalına daxil olaraq qeydiyyatüçün onlayn qaydada müraciət edə bilərlər. Media nümayəndlərindənqeydiyyatdan öncə linkə keçid edərək portaldan istifadəqaydalarının əks olunduğu İstifadəçi Təlimatı ilə tanış olmalarıxahiş olunur.

Yarışlara qeydiyyat iyunun 12-dən iyulun 22-si saat 15:00-dəkdavam edəcək. Natamam və ya həmin vaxtdan gec göndərilmiş müraciətformaları nəzərə alınmayacaq.

Qeyd edək ki, sentyabrın 13-15-də baş tutacaq AzərbaycanQran-Prisi də daxil olmaqla, “Formula-1” üzrə dünya çempionatındayer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyasıBeynəlxalq Avtomobil Federasiyası (FIA) və “Formula One Management”(FOM) şirkəti tərəfindən tənzimlənir. Yerli media nümayəndələrininyarışa qeydiyyat prosesi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH)tərəfindən icra olunur.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
5
az.trend.az

8Mənbələr