AZ

Azərbaycanda bahalaşan və ucuzlaşan MƏHSULLAR

Azərbaycanda bahalaşan və ucuzlaşan MƏHSULLAR

2024-cü ilin may ayında qida məhsulları, içkilər və tütün məmulatları 0,7%, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,8% ucuzlaşıb.

Sonxeber.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı qida məhsullarından daha çox azalma qarabaşaq yarmasının, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, marqarinin, günəbaxan və qarğıdalı yağlarının, bananın, çiyələyin, pomidorun, xiyarın, şirin bibərin, badımcanın, göy lobyanın, sarımsağın, baş soğanın, bahalaşma isə əsasən düyünün, unun, makaronun, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, xama və qatığın, kərə və zeytun yağlarının, limonun, almanın, ağ kələmin, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin may ayında qeyri-qida malları 0,2 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə qeyri-qida mallarından daha çox artım şəxsi gigiyena məmulatlarının, sementin, yay geyimlərinin qiymətlərində müşahidə olunub. Digər qeyri-qida mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2024-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər 0,5 faiz, yanvar-may aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,4 faiz bahalaşıb. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən hava nəqliyyatı ilə MDB ölkələrinə beynəlxalq sərnişindaşıma xidmətlərinin, mobil telefon danışıqlarının, respublikadaxili istirahət turlarının, stomatoloji xidmətlərin, azalma isə MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
47
sonxeber.az

10Mənbələr