AZ

AMİP rəhbərliyi İsveçin xarici işlər naziri ilə niyə görüşüb?

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev İsveçin paytaxtı Stokholmda səfərdə olub.
 
Partiyadan Qaynarinfo-ya verilən məlumata görə, bu səfər iyunun 7-10-da Avropa parlamentinə keçirilən seçkiləri izləmək məqsədi daşıyıb. 

Səfər İsveçin hazırda hakimiyyətdə olan Moderat Partiyasının dəvəti ilə baş tutub. Səfər çərçivəsində AMİP nümayəndə heyəti ilə İsveçin xarici işlər naziri Tobias Bilström də daxil olmaqla Moderat Partiyasının rəhbərliyində təmsil olunan yetkililər, o cümlədən İsveç parlementinin və Avropa parlamentinin Moderat Partiyasından olan deputatları ilə görüşlər keçirilib, gələcək əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
 
İyunun 9-da Moderat Partiyasının Seçki Qərərgahında İsveçin baş naziri Ulf Kristersson başda olmaqla bir çox hökumət və parlament üzvlərinin də qatıldığı tədbirdə Avropa İttifaqı üzrə Avropa parlamentinə seçkilərin nəticələri canlı izlənilib. 

Bahar Rüstəmli

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
2
qaynarinfo.az

3Mənbələr