AZ

Köhnəlmiş elektrik şəbəkəsi yenilənir – VİDEO

BAYRAQDAR MEDİA – Vətəndaşların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə “Azərişıq” ASC bütün regionlarda olduğu kimi paytaxtda və ətraf ərazilərində elektrik təsərrüfatının yenilənməsi işlərini davam etdirir.Bu barədə xəbər sözügedən qurumdan yayılıb.Xəbərdə deyilir ki, “Prezident İlham Əliyevin tapşırıqları əsasında həyata keçirilən yenidənqurma işləri çərçivəsində Bakının ətraf kənd və qəsəbələrində köhnəlmiş elektrik şəbəkəsi yenisi ilə əvəzlənir, yeni güc mərkəzləri yaradılır və şəbəkələr daha da gücləndirilir. Paytaxtın Binəqədi, Nizami, Xətai rayonlarında, Maştağa elektrik şəbəkəsinin ərazisində, həmçinin Abşeronda əlavə olaraq yeni güc mərkəzləri yaradılır. Sözügedən ərazilərdə ümumilikdə 46 KTM quraşdırılır”.Bildirilib ki, “Sabunçu, Qaradağ rayonlarında və Zirə qəsəbəsində köhnə 0,4 kV və 6 kV-luq dayaqlar yeniləri ilə əvəz olunur. Həmçinin, 6 kV-luq hava xətti yenilənir, 0,4 kV-luq açıq naqillərin yerinə müasir ÖİN (Özünüdaşıyan İzolyasiyalı Naqil) kabel xətləri çəkilir. Sözügedən ərazilərdə ümumilikdə əlavə olaraq 37 KTM-in tikintisi davam etdirilir. Yenidənqurma işləri nəticəsində Sabunçu rayonu, Yeni Ramana qəsəbəsində də 0.4 kV-luq və 6 kV-luq dayaqların yerlərinin qazıntısı aparılır. Həmçinin əlavə olaraq, ərazidə yeni güc mərkəzinin bünövrəsinin hazırlıq işləri görülür.“Suraxanıda 0.4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, 0,4 kV-luq ÖİN kabel xətləri çəkilir. Həmçinin rayon ərazisində əlavə olaraq 9 KTM quraşdırılır.“Biləcəri elektrik təchizatı və satışı idarəsinin ərazisində də 6 kV-luq dayaqlar basdırılır, eləcə də 0,4 kV-luq elektrik xətlər yenilənir, əlavə olaraq 12 ədəd KTM-in tikintisi davam etdirilir.“Sumqayıt RETSİ-nə daxil olan Bağlar elektrik təchizatı və satışı idarəsinin ərazisində isə yenidənqurma işləri çərçivəsində 0,4 kV-luq dayaqlar və elektrik xətləri yenilənir, həmçinin əlavə olaraq 17 ədəd yeni KTM-in tikinti işlərinə başlanılıb.“Xəzər RETSİ-nin ərazisində həyata keçirilən yenidənqurma işləri nəticəsində yeni 0.4 kV-luq və 6 kV-luq dayaqlar basdırılır, 6 kV-luq hava xətti yenilənir, həmçinin rayon ərazisində əlavə olaraq 27 KTM quraşdırılır”.Məlumata görə, yenidənqurma işləri Bakı və ətraf ərazilərlə yanaşı Azərbaycanın regionlarında yerləşən bir sıra kənd və qəsəbələrin elektrik şəbəkəsində də aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
13
bayraqdar.info

10Mənbələr