AZ

Banqkok bazarında yanğın - Minlərlə heyvan tələf olub

Banqkokun məşhur açıq havada yerləşən Çatuçak bazarında baş verən yanğında minə yaxın heyvan tələf olub, 100 mağaza yararsız hala düşüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, quş, it və pişik kimi ev heyvanlarının, həmçinin siçan, piton və kərtənkələlərin olduğu ərazidə yüzlərlə heyvan yanaraq tələf olub.

Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyini bildirən səlahiyyətlilər insan itkisinin olmadığını açıqlayıb.

Dar küçələrə yığılmış on minlərlə mağaza ilə Çatuçak Cənub-Şərqi Asiyanın ən böyük bazarlarından biri olub.

İlkin araşdırmalara görə, yanğın təxminən 1400 kvadratmetr ərazini əhatə edən pet zonasında yerləşən 118 mağazanın əksəriyyətinə ziyan vurub.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
525.az

2Mənbələr