AZ

Sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır

Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin yoxlanılması və sürücülərin tibbi müayinəsinin təşkil edilməməsinə görə cərimələr azaldılır.

Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə ediləcək. Qüvvədə olan Məcəlləyə əsasən, bu cərimələr vəzifəli şəxslər üçün beş yüz manatdan səkkiz yüz manatadək məbləğdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
6
banker.az

10Mənbələr