Ukraynalı sahibkar və Kernel kənd təsərrüfatı holdinqinin həmsahibi Andrey Verevski Financial Times qəzetinə müsahibəsində deyib ki, Ukrayna kənd təsərrüfatı məhsullarına görə Avropa İttifaqı ilə münasibətləri gərginləşdirməməlidir.
O xatırladıb ki, Ukraynanın kifayət qədər başqa ixrac bazarları var, o cümlədən Hindistan, Afrika, Asiya, Çin və digərləri.
“Və mən düşünmürəm ki, biz kənd təsərrüfatı məhsullarının tədarükü ilə bağlı Avropa və Ukrayna arasında mübahisə edib münasibətləri gərginləşdirməliyik”, – Verevski deyib.
O, izah edib ki, bir sıra Şərqi Avropa ölkələrinin Ukrayna üçün daha vacib olan işlərdə əməkdaşlığa keçməklə öz bazarlarını Ukrayna məhsullarından qorumasına mane olmaq olmaz.
Mənbə: Sputnik