AZ

Bu tarixdən taksilərlə bağlı qanunvericiliyin tətbiqinə başlanılacaq - RƏSMİ

İyul ayının 1-dən etibarən mövcud qanunvericiliyin tətbiqinə başlanılacaq. Tətbiq prosesi getməmişdən əvvəl taksi sürücülərini kifayət qədər məlumatlarla təmin etmişik.

Day.Az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov deyib.

O qeyd edib ki, taksi sürücüləri öz fəaliyyətlərini mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırmaq üçün texniki, metodoloji və mümkün resurslar çərçivəsində dəstək xidmətlərindən yararlanırlar.

"Düşünürəm ki, iyulun 1-dən tam qanunvericiliyin tətbiqinə başladığımız halda hazırlıq müddətində gördüyümüz işlərin faydasını həm taksi sürücüləri, həm də dövlət qurumları olaraq hiss edəcəyik", - deyə nazir müavini bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
2
day.az

10Mənbələr