AZ

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalının rəqəmsal platformalarından istifadə artmaqdadır

Biznes

Bakı, 12 iyun, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (https://azranking.az/) innovativ alətlər və rəqəmsal həllərin tətbiqi ilə daha da təkmilləşdirilib.

AZƏRTAC xəbər verir ki, əlverişli biznes mühitinə dair qanunvericilik aktları və həyata keçirilən iqtisadi islahatlara dair ətraflı məlumatların əks olunduğu portalın istifadəçilərinin sayı əhəmiyyətli şəkildə artmaqdadır. Belə ki, “Google Analytics” proqramı vasitəsilə aparılmış təhlilin nəticələrinə əsasən, təkcə bu ilin may ayı ərzində 3500-dən çox istifadəçi portaldan aktiv istifadə edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87 faiz çoxdur. Qeyd olunan dövrdə portala daxil olan ümumi istifadəçilərin 85 faizi Azərbaycandan, digər 15 faiz isə 70 ölkədən qeydə alınıb.

İstifadəçilər portalın rəqəmsal imkanları vasitəsilə qanunvericilik təşəbbüslərində iştirak edərək təkliflərini təqdim edə, “Benchmarking” sistemi vasitəsilə beynəlxalq reytinqlər üzrə vizual təhlillər apara bilərlər. Eyni zamanda, portalda biznes sahələri üzrə qanunvericilik aktları, həmçinin komissiyanın fəaliyyəti çərçivəsində hazırlanan layihələr və biznes mühiti ilə bağlı ən son yeniliklər barədə məlumatlarla tanış olmaq olar.

Qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli 431 nömrəli Sərəncamına əsasən yaradılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
2
azertag.az

3Mənbələr