AZ

Bakı-Astara istiqamətində tikinti işlərinə növbəti ildən başlanacaq - ADY sədri

"Dəmir yolları infrastrukturunun müasirləşdirilməsi xüsusi proqram üzərindən həyata keçirilir. Qəbul edirik ki, bütün bu infrastruktur quruculuğunun bir ildə sona çatdırılması mümkün deyil".

Ucnoqta.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov bu gün İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu FLIRT – Flinker Leichter Intercity- und Regional-Triebzu (Sürətli, Rahat Şəhərlərarası və Regional Qatar) markalı qatarların istifadəyə verilməsilə bağlı tədbirdə deyib.

O bildirib ki, hal-hazırda Bakı-Yalama istiqamətində yollar yenidən qurulur. Növbəti ilin I rübündə bu yolda təmir işləri başa çatdırılacaq.

“Şimal-Cənub nəqliyyat dəhlizi üzərində olan Bakı-Astara istiqamətində işlər xüsusi plan üzərindən yerinə yetiriləcək. Növbəti ildən etibarən isə bu yolda layihələndirmə və tikinti işlərinə başlanması hədəflənir”- ADY sədri qeyd edib.///apa

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
2
ucnoqta.az

3Mənbələr