AZ

Əhalinin neçə faizi Türk dövlətləri ilə əməkdaşlığı dəstəkləyir? – SORĞU 

Ölkə əhalisinin 84.2%-i Türk dövlətləri ilə iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlığın da qurulmasının tərəfdarıdır.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb. 

Məlumatda deyilir ki, Türk Dövlətləri Təşkilatının yüksələn nüfuzu onun yeni regional nizamın nüvəsi rolunda çıxış imkanlarını, türk dövlətlərinin rifahının və təhlükəsizliyinin bir-birindən asılı və kəsişən xüsusiyyətlərə malik olduğunu göstərir. Regionda formalaşan yeni geosiyasi arxitekturanın Türk dünyasının yüksəlişi yönündə olduğunu nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi Azərbaycan cəmiyyətinin türk dövlətləri arasında əməkdaşlıq çərçivəsi barədə fikirlərini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib.

Nəticələrə əsasən, respondentlərin 6.0%-i türk dövlətləri arasında əməkdaşlığın yalnız tarixi-mədəni əlaqələr çərçivəsində, 6.2%-i tarixi-mədəni və iqtisadi əməkdaşlıq çərçivəsində, 84.2%-i iqtisadi və mədəni əlaqələrlə yanaşı, hərbi-siyasi əməkdaşlıq formatında qurulmasını istədiyini bildirib. Respondentlərin 3.6%-i cavab verməkdə çətinlik çəkib.
İctimai rəy sorğusunun nəticələri göstərir ki, Azərbaycan ictimaiyyəti Türk dünyası ölkələri arasında əməkdaşlıq vizyonunu türk mədəni irsinin qorunmasından enerji-nəqliyyat layihələri əsasında iqtisadi inteqrasiyanın təmin olunmasına, birgə siyasi-diplomatik fəaliyyətin təşkilindən regional təhlükəsizlik üçün vahid hərbi-təhlükəsizlik təsisatı kimi formalaşmağa qədər geniş müstəvidə dəyərləndirir.


Surxay Atakişiyev, Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
5
bizim.media

10Mənbələr