AZ

Ülvi ilə Sevincin həbs müddəti yenidən uzadıldı

“Abzas media”nın direktoru Ülvi Həsənli və direktor müavini Sevinc Vaqifqızının həbsdə saxlama müddəti yenidən uzadılıb. SİA xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə istintaq hərəkətlərinin davam etməsi ilə bağlı ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurorun təqdimatını təmin edib.

Qərara əsasən, Ü.Həsənli və S.Vaqifqızının həbs müddəti 3 ay uzadılıb. Ağır cinayətlərdə həbsdə saxlama müddəti 10 aydır. Həmin müddət bitdikdən sonra yalnız Baş prokurorun və Baş prokurorun birinci müavinin təqdimatı ilə həbs müddəti maksimum 3 ay uzadıla bilər.

Qeyd edək ki, “Abzas media” işi üzrə Ülvi Həsənli, Sevinc Vaqifqızıdan əlavə, saytın direktor müavini Məhəmməd Kekalov, digər əməkdaşları - Hafiz Babalı, Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib. Təqsirləndirilən şəxslərin hər biri qaçaqmalçılıqda ittiham edilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
32
sia.az

10Mənbələr