AZ

Makronun qərarına onlar da qəzəbləndi: ŞOKA DÜŞDÜK

Fransa prezidenti Emmanuel Makronun “Renessans” partiyasından olan şəxslər onun növbədənkənar seçkilər elan etmək qərarından narazıdırlar.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Onun bir çox partiyadaşlarının bu qərarın məntiqini hələ də anlamadığı vurğulanır.

“Makron qərarını açıqlayanda biz şoka düşdük və qəzəbləndik. Deyəsən, o, bizi uduzacağımız döyüşə göndərir”, - “Renessans”ın deputatı Kristof Marion bildirib.

O, Makronun qərarına baş nazir Qabriel Atal və Milli Assambleyanın spikeri Yael Braun-Pievenin etiraz etdiyini və Fransa liderinin belə bir addım atmasının qarşısını almağa çalışdıqlarını bildirib.

Seçilən
163
publika.az

1Mənbələr