AZ

Parklanmanın idarə edilməsi ilə bağlı hüquqi əsaslar təkmilləşdirilir

Bakı. Trend:

Parklanmanın idarə edilməsinin SMS və proqram təminatı üzərindənaparılmasının hüquqi əsasları təkmilləşdirilir.

Trend xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti vədövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyəçıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdəəksini tapıb.

Qüvvədə olan qanuna əsasən, parklanma yerləri ödənişli vəödənişsiz ola bilər. Parklanmaya görə ödəniş parkomat (nağd qaydadavə ya plastik kartla), SMS, elektron ödəmə sistemləri və yainternet vasitəsilə həyata keçirilir. Bu zaman ödənişə dairməlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanının mərkəziinformasiya sisteminə ötürülür. Nəqliyyat vasitələrininparklanmasına görə ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanıtərəfindən parklanma yerinin yerləşdiyi ərazi, parklanmanın müddətivə vaxtı nəzərə alınmaqla müəyyən edilir. Nəqliyyat vasitələrininödənişli parklanmasından daxil olan vəsaitin istifadə qaydasımüvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin dövlətqeydiyyat nişanının oxunması, foto və ya video çəkilişinaparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görəödənişin edilməsi, ödəniş və parklanma qəbzlərinin verilməsi üçünmüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiyahaqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraqsertifikatlaşdırılmış parkomatlar və foto və ya video qeydiyyatfunksiyalarına malik olan xüsusi texniki vasitələr yerləşdirilir.Parkomatlar və foto və ya video qeydiyyat funksiyalarına malikxüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəziinformasiya sisteminə inteqrasiya olunur.

Ödənişli parklanma yerlərində istifadəçilər üçün aydın görünənyerdə və oxuna bilən ölçülərdə aşağıdakı məlumatlaryerləşdirilir:

1) ödənişli parklanma müddəti, parklanmaya görə ödənişin məbləğivə parklanmaya görə ödəniş üsulları;

2) parklanma yerlərindən istifadə qaydaları;

3) bu maddənin XIX hissəsində nəzərdə tutulduğu halda nəqliyyatvasitəsinin aparılacağı müvafiq icra hakimiyyəti orqanının müəyyənetdiyi orqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədəməlumat;

4) parklanma qaydalarının pozulmasına görə məsuliyyəttədbirləri.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyatvasitəsinin istifadəçisi parklanma yerini tərk edərkən parklanmamüddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmiş üsullardanbiri vasitəsilə ödəniş edir.

Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişiparklanma yerinə daxil olarkən də apara bilər. Bu zaman ödənişparklanma müddətindən asılı olaraq bu maddə ilə müəyyən edilmişüsullardan biri vasitəsilə həyata keçirilir və ödəniş qəbzinəqliyyat vasitəsinin salonunda, ön şüşənin arxasında aydın görünənvə oxunan yerə qoyulur. Ödəniş edilmış müddətdən artıq parklanmayerindən istifadə edən şəxs parklandığı müddətə müvafiq əlavəödəniş etməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi ödəniş edilmişmüddətdən sonra 10 dəqiqə ərzində parklanma yerini tərk etməlidirvə bu müddət üçün əlavə ödəniş tələb olunmur. Parklanmaya görəödəniş zamanı parkomatlarda baş vermiş texniki nasazlıq səbəbindənödənişin həyata keçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsininistifadəçisi ödəniş etmədən parklanma yerini tərk edir. Bu haldanəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görə ödənişinedilməməsinə görə məsuliyyət daşımır. Ödənişin edilməsininmümkünsüzlüyü barədə məlumat dərhal müvafiq icra hakimiyyətiorqanının mərkəzi informasiya sisteminə ötürülür.

Layihəyə əsasən, parkomat vasitəsilə ödəniş ləğv edilir.Beləliklə, parklanmaya görə ödəniş SMS və ya xüsusi proqramtəminatı vasitəsilə elektron qaydada həyata keçiriləcək. Bu zamanödənişə dair məlumatlar dərhal müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminəötürüləcək.

Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləğimüvafiq icra hakimiyyəti orqanı tərəfindən parklanma yerininyerləşdiyi zona, parklanmanın müddəti və vaxtı nəzərə alınmaqlamüəyyən ediləcək. Nəqliyyat vasitələrinin ödənişli parklanmasındandaxil olan vəsaitin istifadə qaydası müvafiq icra hakimiyyətiorqanı tərəfindən müəyyən ediləcək. Ödənişli parklanma yerlərindəparklanma qaydalarına əməl edilməsinə nəzarət nəqliyyat vasitəsinindövlət qeydiyyat nişanının oxunmasına, foto və ya video çəkilişinaparılmasına, parklanma müddətinin ölçülməsinə, parklanmaya görəödənişin edilməsi barədə məlumatın əks olunmasına imkan verənxüsusi texniki vasitələrlə həyata keçiriləcək. Xüsusi texnikivasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın(qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunacaq.

Ödənişli parklanma yerlərində hər kəs üçün aydın görünən yerdəvə oxuna bilən ölçülərdə aşağıdakı məlumatlar yerləşdirilir:

1) parklanma məntəqəsinin nömrəsi, zonası, ödənişli parklanmamüddəti, parklanmaya görə ödənişin məbləği və parklanmaya görəödəniş üsulları;

2) ödənişli parklanma yerlərindən istifadə etmək üçün yaradılmışxüsusi proqram təminatının QR-kodu;

3) parklanma qaydalarının pozulmasına görə məsuliyyət tədbirləribarədə xəbərdarlıq.

Ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmayacaq. Parklanmayerinə daxil olduqda nəqliyyat vasitəsinin istifadəçisi SMS və yaxüsusi proqram təminatı vasitəsilə parklanma müddətinibaşlatmalıdır. Nəqliyyat vasitəsinin istifadəçisi parklanma yerinitərk edərkən SMS və ya xüsusi proqram təminatı vasitəsilə parklanmamüddətini bitirməli və parklanma müddətindən asılı olaraq bumaddənin XI hissəsində göstərilən üsullardan biri vasitəsilə ödənişetməlidir. Nəqliyyat vasitəsinin istifadəçisi parklanmaya görəödənişi parklanma yerinə daxil olarkən də apara bilər. Bu zamanödəniş parklanma müddətindən asılı olaraq xüsusi proqram təminatıvasitəsilə elektron qaydada həyata keçiriləcək. Əvvəldən ödənişedilmış müddətdən artıq parklanma yerindən istifadə edən şəxsparklandığı müddətə müvafiq əlavə ödəniş etməlidir. Nəqliyyatvasitəsinin istifadəçisi ödəniş edilmiş müddətdən sonra 10 dəqiqəərzində parklanma yerini tərk etməlidir və bu müddət üçün əlavəödəniş tələb olunmayacaq.

Parklanmaya görə ödəniş zamanı SMS və ya xüsusi proqramtəminatında baş vermiş texniki nasazlıq səbəbindən ödənişin həyatakeçirilməsi mümkün olmadıqda, nəqliyyat vasitəsinin istifadəçisiödəniş etmədən parklanma yerini tərk ediəcək. Bu halda nəqliyyatvasitəsinin istifadəçisi parklanmaya görə ödənişin edilməməsinəgörə məsuliyyət daşımır. Ödənişin edilməsinin mümkünsüzlüyü barədəməlumat dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) müvafiq informasiya sisteminə ötürüləcək.

Nəqliyyat vasitəsinin istifadəçisi nəqliyyat vasitəsininaparıldığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyiorqanın (qurumun) ən yaxın mühafizə olunan duracağı barədə məlumatıSMS və ya xüsusi proqram təminatı vasitəsilə də əldə edə bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
6
az.trend.az

7Mənbələr