AZ

Ərdoğan İspaniyaya səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İspaniyaya rəsmi səfərə gedəcək.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilib ki, o, səfərin ilk günü İspaniya kralı 6-cı Felipe ilə görüşəcək.

Sabah isə krallığın Baş naziri Pedro Sançeslə bir araya gələcək. Görüşlərdə Qəzzada baş verən hadisələr başlıca mövzu olacaq. Türkiyə-İspaniya əlaqələrinin inkişafı müzakirə olunacaq.

Bundan başqa, Ərdoğanla Pedro Sançes Türkiyə və İspaniya arasında 8-ci hökumətlərarası zivə toplantısına da sədrlik edəcəklər. Sammitdə ticarət, maliyyə, mədəni və idman sahələrinə dair bir sıra müqavilələrin imzalanması planlaşdırılıb.

Seçilən
79
10
nocomment.az

10Mənbələr