AZ

Rusiya və ABŞ sərhədində gərginlik artıb

Hərbi ekspert: “Arktika amerikalıları maraqlandıran ən mühüm regiondur”
“Rusiya və ABŞ-ın Çukotka ilə Alyaska arasındakı su sərhədində vəziyyət hələ sakitdir, lakin orada gərginliyin artması mümkündür”. AYNA xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Vasili Dandıkin deyib.
Ekspert sərhəddə qarşıdurmaların mümkünlüyünə işarə edib. Bildirib ki,  Arktika amerikalıları maraqlandıran ən mühüm regiondur: “ABŞ Alyaskadakı aviasiya qrupunu artırıb, adalardan birində aerodromunu yenidən açıb. ABŞ hava-desant bölməsini yenidən yaratdı - bu, F-35-lər və hərbçilərdən ibarətdir. Onlar ümumiyyətlə, oradan başlayan Şimal Dəniz Marşrutuna maraqlarını gizlətmirlər. Ona görə də ola bilsin ki, hələlik hər şey sakitdir, təxribatlar yoxdur”.
Ekspert əlavə edib ki, Rusiya tərəfində Arktikada da hərbi kontingent, ada qarnizonları və s. var. O, münasibətlərin pisləşməsi fonunda sərhəddə gərginliyin olmamasını “çünki Arktikada bizim tərəfimizdə hər şeyin o qədər də sadə olmadığı anlayışı var – bu, asan gediş olmayacaq” ifadəsi ilə izah edib.
ABŞ və Rusiya Federasiyası arasında müasir su sərhədi Berinq boğazının sularında yerləşir. Onun uzunluğu 49 kilometrdir.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Üçüncü Dünya müharibəsi olacağı təqdirdə ölkəsinin qalib gələcəyinə əmin olduğunu bəyan edib.

Seçilən
103
50
ayna.az

10Mənbələr