AZ

Sənaye zonaları niyə daha çox Bakıdadır?

“Hansısa coğrafi bölgədə sənaye zonalarının yaradılması o zaman mümkün olur ki, orada qiymətləndirmələr aparılır, həmin bölgənin iqtisadi potensialı və onu hərəkətə gətirmək yolları müəyyən edilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat nazirinin müşaviri Xəqani Abdullayev deyib.

O, qeyd edib ki, coğrafi meyarlar və digər amillər nəzərə alınaraq sənaye zonaları yaradılır:

“Qarabağda, Ağdam və Cəbrayılda iki sənaye parkı fəaliyyətə başlayıb. Qarabağda ümumiyyətlə sənaye zonalarında mindən çox yeni iş yerlərinin yaradılması nəzərdə tutulur. Naxçıvanda yeni sənaye zonası yaradılmaq üzrədir. Hacıqabulda isə sənaye məhəlləsi statusunu sənaye parkına çevirmək prosesi gedir. Gəncədə də yeni sənaye zonasının yaradılmasına başlanılıb.

Maksimum çalışırıq ki, həmin iqtisadi səmərəlilik meyarları əsasında bu və ya digər zonada bu sənaye parkı və məhəllərinin sayını artıra bilək”.

Qeyd edək ki, deputat Vahid Əhmədov daha əvvəl çıxışı zamanı son vaxtlar sənaye parklarının yalnız Bakı və ətrafında yaradıldığını bildirib: “Təklif edirəm ki, hər bölgədə minimum 1-2 sənaye parkı yaradılsın. Bölgələrdə yeni iş yerləri yaradılmalıdır”.

Zaur Mirzə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
15
qafqazinfo.az

10Mənbələr