AZ

Bakı–Ağstafa qatarlarının sayı 2 dəfə artırılır - qurumdan açıqlama

Image

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qərb bölgəsinin sakinlərindən daxil olan müraciətləri nəzərə alaraq Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayını iki dəfə artırır.

Bu barədə Səhmdar Cəmiyyətin açıqlamasında deyilir. Məlumatda qeyd olunur ki, iyunun 14-dən sürətli qatarlar artıq hər gün səhər və axşam saatlarında həm Bakıdan, həm də Ağstafadan hərəkət edəcək. Bu da hər iki istiqamətdə hərəkət edən sərnişinlərin rahatlığını təmin edəcək.

Mətləb Salahov






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
21
baki-xeber.com

10Mənbələr