AZ

Məhkəmə MTN-nin Antiterror Mərkəzinin sabiq rəisinin müraciətini rədd edib

Hazırda 9 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyevin azadlığa çıxmaq istəyi bu dəfə də baş tutmayıb.

Azpost.info bildirir ki, gununsesi.info-nun xəbərinə görə, 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyevin  məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün yerli məhkəməyə müraciəti rədd edilib. Bundan sonra o,  Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Lakin Bakı Apellyasiya Məhkəməsi də onun generalın şikayətini təmin etməyib.

Məhkəmə hesab edir ki, məhkum Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz. Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssəsində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Qeyd edək ki, MTN-in Antiterror Mərkəzinin rəisi işləmiş E.Quliyev 2015-ci ildə həbs edilib. O, külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə təqsirli bilinib.

Seçilən
109
4
azpost.info

9Mənbələr