AZ

"İpotekaya yararlı mənzillər azdır" - EKSPERT FİKRİ

“İpoteka krediti verilərkən bir neçə vacib nüans nəzərə alınmalıdır. Ölkədə minimal əməkhaqqı 345 manatdır. 345 manat əməkhaqqı alan şəxs ipoteka krediti ilə mənzil ala bilməz. Çünki vətəndaşın bir aylıq minimum yaşayış zənbili təxminən 200 manat hesablanır. Yəni, 300 manat maaş alan şəxsin 200 manat dolanışıq pulu çıxacaqsa, yerdə qalan 100 manatı ipotekanı ödəməyə bəs etmir”. Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, sırf ipoteka krediti ilə mənzil almaq üçün rəsmi iş yeri olmalıdır: “İnsanların əksəriyyəti rəsmi işdə işləyir, amma əməkhaqqı azdır. İşdən sonra gedib, taksi fəaliyyəti ilə məşğul olur, yaxud kənarda kiçik biznesi, xarici ölkədə qohumu, evi var və oradan pul gəlir. Amma həmin pulları rəsmi göstərə bilmədiyinə görə ipoteka kreditindən yararlana bilmir. İpoteka bazarına marağın artırılması üçün şərtlər bir az da sadələşdirilməlidir".

Ekspert vurğulayıb ki, hazırda bir sıra səbəblər var ki, onlara görə ipoteka ilə ev almaq vətəndaşa sərf etmir: "İpoteka ilə mənzil almaq istəyənlər çoxdur. Amma ipotekaya yararlı mənzillər azdır".

Ləman Sərraf

Seçilən
97
1
sia.az

2Mənbələr