AZ

"O körpüdən kəlmeyi-şəhadətimi deyərək keçirəm"

"O körpüdən kəlmeyi-şəhadətimi deyərək keçirəm"

Aparıcı Mətanət Əliverdiyeva Sumqayıt şəhəri ilə Saray qəsəbəsini birləşdirən körpünün qəzalı vəziyyətdə olmasından şikayətlənib.

"Qafqazinfo" xəbər verir ki, o bu barədə "Xəzər axşamı" verilişində danışıb.

Əliverdiyeva aidiyyəti qurumlara müraciət edib: "Körpü qəzalı vəziyyətdədir. Oradan keçəndə deyirəm ki, bu dəqiqə öləcəyəm. Kəlmeyi-şəhadəti deyib keçirəm. Siz hara baxırsınız, bilmirəm. Biz sürücülər o körpüdən şikayətçiyik. Hər gün oradan neçə avtobus keçir, şagirdləri aparır. Qəza olanda çox pis nəticələnəcək. Kiminsə ölməyini istəyirsinizsə, bu başqa məsələ, çəkilin durun kənarda.

Bir televiziya işçisi kimi xahiş edirəm, bunu birdəfəlik nəzarətə götürün və orada təmir işlərinə başlayın. İsti olsa belə, özüm də gəlib təmirdə iştirak edərəm. Amma həqiqətən oradan keçəndə qorxuram. Belə olmaz axı. Ürəyim əsir ki, körpü bu dəqiqə uçacaq. Mənimlə birlikdə neçə avtomobil ora düşəcək. Bunu nəzərə alın".

Xatırladaq ki, ötən aylarda da Saray körpüsünün qəzalı vəziyyətdə olması ilə bağlı mediada məlumatlar yayımlanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
2
sonxeber.az

7Mənbələr