AZ

İrəvanda atışma: avtoritet öldürüldü, qatil yoxa çıxdı

İrəvanın Ajapnyak inzibati rayonunda gecə baş verən atışmanın bəzi təfərrüatı məlum olub.

Olaylar erməni mediasına istinadla xəbər verir ki, atışmada "Çeryomuşkinski Faz" ləqəbli kriminal avtoritet, 44 yaşlı Sergey Qriqoryan ölüb, onunla birgə 36 yaşlı İrəvan sakini Boris Saakyan da yaralanıb.

Rusiya və İran əməkdaşlıq sazişinin hazırlanmasını dayandırıb

Atışma baş verərkən ətrafda qorxan sürücülərin idarəetməni itirməsi nəticəsində zəncirvari qəza da olub və bir neçə maşın toqquşub.

Qeyd edək ki, hadisə ötən gün, axşam saatlarında baş verib. Avtomat silahdan istifadə ilə "Toyota Lənd Kruzer" avtomobilinə ön şüşüdən və yandan çoxsaylı atəş açılıb və kriminal avtoritet Faz öldürülüb.

Qatil aradan çıxmağı bacarıb. Hüquq-mühafizə orqanı əməkdaşları araşdırma aparır. (Axar)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
4
olaylar.az

5Mənbələr