AZ

Putin Çinlə Ayda stansiyanın yaradılması haqqında sazişi təsdiqləyib

Rusiya prezidenti Vladimir Putin Çin Xalq Respublikası ilə Beynəlxalq Ay Elmi Stansiyasının (BKS) yaradılması üzrə əməkdaşlıq haqqında sazişin təsdiq edilməsi haqqında qanunu imzalayıb.

"Operativ Media" xəbər verir ki, onun imzaladığı federal qanun hüquqi informasiya portalında dərc olunub.

Sənəddə bildirilir ki, saziş 2022-ci il noyabrın 25-də Moskva və Pekində imzalanıb.

Mayın 28-də Roskosmosun baş direktorunun beynəlxalq əməkdaşlıq üzrə müavini Sergey Savelyev bəyan edib ki, Beynəlxalq Elmi Ay Stansiyasının yaradılması üzrə Rusiya-Çin birgə layihəsində daha 12 ölkə və kosmik təşkilat iştirak edəcək.

Stansiyanın əsas missiyası müxtəlif tədqiqat işlərinin aparılması olacaq. Ayın torpaqlarının tədqiqi və istismarı, əsas təcrübələr və texnologiyaların sınaqdan keçirilməsi, gələcəkdə Yerin təbii peykində insanın olması ehtimalı bura daxildir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
3
operativmedia.az

4Mənbələr