AZ

ABŞ Dövlət Departamenti Norveçə təxminən 2 milyard dollarlıq raket satışına icazə verib

Dövlət Departamenti Norveçə ümumi dəyəri təxminən 1,94 milyard dollar olan ortamənzilli “hava-hava” raketlərinin mümkün satışını təsdiqləyib.



NUHÇIXAN xəbər verir ki, bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Əməkdaşlığı Agentliyi məlumat yayıb.
Bildirilib ki, Norveç iqtidarı Vaşinqtondan 300 ədəd AMRAAM, həmçinin onlar üçün 20 istiqamətləndirmə sistemi tələb edib.
Bundan əlavə, sövdələşməyə köməkçi avadanlıqlar, xüsusilə ehtiyat hissələri, istehlak materialları, proqram təminatı, texniki sənədlər, eləcə də texniki və logistik dəstək daxildir.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
3
nuhcixan.az

4Mənbələr