AZ

“Heç nədən qapımızda qollar gördük” - Toral Bayramov

Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov Qazaxıstan millisi ilə keçirilən yoxlama oyunundan (3:2) sonra jurnalistlərə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, təəssüratlarını belə bölüşüb:

“Yaxşı oynadıq. Matça yaxşı hazırlaşmışdıq.

Plansız iki qol buraxdıq. Heç nədən qapımızda qollar gördük.

Ona kimi bizim fürsətlərimiz oldu, vura bilmədik. Dirəkdən də qayıdan top oldu, qapçıları da yaxşı oynadı.

Şükürlər olsun ki, sonda qalib gələn tərəf biz olduq. Özümüzə inanırdıq, istəkli idik. Sonda da layiq olan qələbəni qazandıq”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
6
sportinfo.az

7Mənbələr