AZ

Avstraliya Qəzzaya 6,6 milyon dollar ayıracaq

Avstraliya Qəzza zolağının sakinləri üçün humanitar yardım almaq məqsədilə əlavə 6,6 milyon dollar ayıracaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq qeyd edib.

Onun sözlərinə görə, ölkə Qəzza əhalisi üçün ərzaq, su və zəruri malların alınması üçün artıq 47 milyon dollardan çox vəsait ayırıb.

Bildirilib ki, vəsait Qəzzada aclıq təhlükəsi ilə üzləşən mülki şəxslərə ərzaq yardımı çatdırmaq üçün Ümumdünya Ərzaq Proqramına göndəriləcək.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
58
1
iqtisadiyyat.az

3Mənbələr