AZ

BMT Qəzza zolağı üçün ilin sonunadək lazım olan humanitar yardımın miqdarını açıqlayıb

Qəzza zolağı sakinlərinin bu ilin sonunadək ehtiyac duyduğu humanitar yardımın məbləği 2,5 milyard dollardır.



NUHÇIXAN xəbər verir ki, bunu BMT Baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits İordaniyada keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransda açıqlayıb.
Onun sözlərinə görə, bu məbləğin 930 milyon dolları qida, 400 milyon dolları dərman və səhiyyə, 700 milyon dolları isə yurd və sanitar xərcləridir.
“Qəzzada humanitar ehtiyacların səmərəli və tam şəkildə ödənilməsinin yeganə yolu dərhal daimi atəşkəsin yaradılmasıdır”, – Qriffits əlavə edib.








Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
3
nuhcixan.az

5Mənbələr