AZ

“Paşinyan öz ölkəsində Rusiyaya nifrət edən bir zümrə formalaşdırmaq istəyir“ - Anatoli Vasserman

 

“Ermənistanda problem yaradan əsasən siyasi oyunçulardır. Paradoksal olaraq bu, erməni diasporu və Ermənistan hakimiyyətidir - həm millətçi Robert Köçəryan, həm Serj Sarkisyan, həm də qərbyönlü agent Nikol Paşinyan”.

News365.az- xəbər verir ki, bunu Dövlət Dumasının deputatı, televiziya intellektual oyunlarının məşhur iştirakçısı Anatoli Vasserman yerli KİV-lərə müsahibəsində deyib.

Anatoli Vasserman ilk növbədə Qarabağ müharibəsi zamanı Ermənistan-Azərbaycan münaqişəsinin saxlanılmasında erməni diasporunun fəal iştirakını diqqətə çatdırıb:

“Əsasən iki ölkədə - Rusiya və İranda yaşayan Azərbaycan diasporu münaqişəyə müdaxilə etmədiyi halda, bütün dünyaya səpələnmiş erməni diasporu münaqişəyə fəal şəkildə müdaxilə etdi. Onlar yaşadıqları ölkələrin hökumətlərini ermənilərin xeyrinə qızışdırmağa çalıdşı. Xüsusilə Fransada diaspora daha fəal idi.  Təkcə prezident Emmanuel Makronla deyil, digər Fransa prezidentləri də bir neçə dəfə Azərbaycana deyil, Ermənistana simpatiyalarını ifadə ediblər”.

Ekspertin fikrincə Robert Köçəryan və Serj Sarkisyanın “Qarabağ klanı”nın hakimiyyəti Azərbaycan hakimiyyətindən fərqli olaraq, Ermənistanda dövlətin normal fəaliyyətini qura bilmədiklərinə görə devrildilər. Azərbaycanın çox güclü gəlir mənbəyi var.  Lakin mənim fikrimcə, bundan da vacibi odur ki, Azərbaycan rəhbərliyi bütövlükdə iqtisadiyyatın inkişafı ilə daim maraqlanır, Ermənistan rəhbərliyi isə hər şeyi düşünürdü, bir iqtisadiyyatdan başqa. Ona görə də Nikol Paşinyanın çevrilişi uğur qazandı ki, əvvəlki hakimiyyətlər iqtisadiyyata laqeyd yanaşdılar və nəticədə Ermənistan iqtisadiyyatda Azərbaycandan fəlakətli şəkildə geri qaldı”.

Rusiyalı deputatın fikrincə Paşinyanın hakimiyyəti Ermənistana heç bir fayda verməyəcək:

“Çünki o, erməni milli maraqlarının müdafiəçisi deyil, Qərbin anti-Rusiya proqramlarının icraçısıdır. Məndə belə bir hiss var ki, Nikol Paşinyan və onun bütün dəstəsi Sorosun standart hiylələri ilə məhz Ermənistandakı vəziyyəti mümkün qədər pisləşdirmək üçün hakimiyyətə gətirilib.NATO uzun müddətdir ki, Gürcüstanı darmadağın edir və Gürcüstan gözlənilmədən NATO-dan ayrılanda Ermənistanla intensiv işləməyə başladılar. İndi Paşinyanın komandası həqiqətən də ölkəni elə bir vəziyyətə gətirməyə çalışır ki, öz ərazisində NATO bazalarının yaradılmasına etiraz etməyən, Rusiya Federasiyasına daha çox müxaliflər olan zümrə yaratmaq istəyir”.

İlhamə Qiyas, News365.az


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
news365.az

10Mənbələr