AZ

Malavidə iyunun 12-də milli matəm elan edilib - » AzadMedia.az




Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın təyyarə qəzasında həlak olması ilə bağlı iyunun 12-də milli matəm elan edib.

Azadmedia.az xəbər verir ki, bu barədə “The Nation” qəzeti məlumat yayıb.

Qeyd edək ki, iyunun 10-da vitse-prezident və daha 9 nəfəri daşıyan təyyarə qatı duman səbəbindən ölkənin Bombo bölgəsində qəzaya uğrayıb. Xilasedicilər təyyarənin və ölənlərin cəsədlərinin qalıqlarını iyunun 11-də Çikanqva meşəsi ərazisində aşkar ediblər.
Seçilən
88
9
azadmedia.az

10Mənbələr